logo

Latviyanın baş naziri istefa verib

16:32 14-08-2023 | icon 5089
Latviyanın baş naziri istefa verib

Latviyanın baş naziri Krişyanis Karinş istefa verib.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Xəbərdə istefanın səbəbi açıqlanmayıb.

Bildirilib ki, o, istefa ərizəsini avqustun 17-də ölkə prezidenti Edqars Rinkeviçsə təqdim edəcək.

Krisjanis Karins “X”dəki səhifəsində hakim koalisiyanın əsasını təşkil edən Yeni Birlik Partiyasına müraciət edərək Baş nazir postuna yeni namizəd irəli sürməyə çağırıb.

Qeyd edək ki, Krişyanis Karinş 2019-cu il yanvarın 23-dən bu postdadır.