logo

Rusiya Ukraynanın 3 şəhərini bombaladı: Dağıntılar və yarılılar var

12:52 14-08-2023 | icon 4928
Rusiya Ukraynanın 3 şəhərini bombaladı: Dağıntılar və yarılılar var

Rusiya qoşunları qanadlı raketlər və kamikadze dronlardan istifadə etməklə Ukrayna şəhərlərinə növbəti dəfə birgə hücuma keçib. Odessa və Zaporojyedə partlayışlar olub. Hücum nəticəsində dağıntılar və yaralılar var.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, hava hücumu təhlükəsi ilə bağlı siqnallar gecə yarısından az sonra cənub və mərkəzi rayonlarda kütləvi şəkildə səslənməyə başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı müxtəlif istiqamətlərdən kamikadze pilotsuz təyyarələrin, həmçinin Qara dənizdən “Kalibr” qanadlı raketlərin buraxılacağı ilə bağlı xəbərdarlıq edib.

Daha sonra Nikolaev və Odessa bölgələrində hava hücumundan müdafiənin işi ilə bağlı məlumatlar görünməyə başlayıb və partlayış səsləri eşidilib.

Odessa vilayətinin Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiya kamikadze dronlardan və “Kalibr” qanadlı raketlərdən istifadə edərək Odessaya bir neçə silsilə hücumlar təşkil edib. Raket qalıqlarının düşməsi nəticəsində bir neçə yerdə yanğının baş verib. Partlayış nəticəsində binaların şüşələri sınıb.

İlkin məlumatlara görə, gecə hücumu nəticəsində üç nəfər yaralanıb.

İki yerdə yanğın baş verib. Bundan başqa, zərərsizləşdirilən raketin qalıqlarının düşməsi nəticəsində təhsil ocaqlarından birinin yataqxanası və hipermarketə də ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Rusiya Qara dənizdən “Kalibr”dən istifadə etməklə Yalta bölgəsində hücumlar həyata keçirib.