logo

Quba-Qusar yolunda avtobus aşıb, xəsarət alanlar var

12:12 13-08-2023 | icon 6713
Quba-Qusar yolunda avtobus aşıb, xəsarət alanlar var

Avqustun 13-də Quba-Qusar yolunda hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb.

YeniAvropa xəbər verir ki, hadisə Quba rayonunun Digah kəndi ərazisində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 10-dan çox sərnişin xəsarət alıb. Xəsarət alanlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.