logo

Əfqanıstanda “Taliban” hərəkatının iki komandiri öldürülüb

15:49 01-09-2018 | icon 2611
Əfqanıstanda “Taliban” hərəkatının iki komandiri öldürülüb

Əfqanıstanın cənub-şərqində yerləşən Zəbul əyalətində aviasiya zərbəsi nəticəsində “Taliban” hərəkatının iki yüksək vəzifəli komandiri öldürülüb.

YeniAvropa "Sinxua" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalət polisinin rəisi Məhəmməd Mustafa Mayar bildirib.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus qırıcı təyyarə avqustun 31-də Kalat şəhəri ətrafında taliblərin sığınacağını bombalayıb. Aviasiya zərbəsi nəticədə “Taliban” hərəkatının komandirləri Molla Əsəd və Molla Sanqari həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Qeyd edək ki, ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ildə başlayıb. Sonradan BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalarına əsasən ölkəyə NATO-nun komandanlığı altında beynəlxalq qüvvələr yerləşdirilib. 2014-cü ildə alyans ölkələrinin hərbi kontingenti Əfqanıstandan çıxarılıb və 2015-ci il yanvarın 1-də hərbi əməliyyatlar “Qətiyyətli dəstək” qeyri-döyüş missiyası ilə əvəzlənib.