logo

Rusiya rublu maksimum həddə ucuzlaşıb

10:10 10-08-2023 | icon 5495
Rusiya rublu maksimum həddə ucuzlaşıb

Dollar/rubl pariteti 2022-ci ilin martından bəri ilk dəfə 98-i keçib.

 YeniAvropa  xarici KİV-lərə istinadla xəbər verir ki, ötən gün  rubl dollar qarşısında təxminən 0,88 faiz ucuzlaşıb, dollar/rubl pariteti isə 98-ə yüksəlib.

Beləliklə, dollar/rubl pariteti 2022-ci il martın 25-dən bəri ilk dəfə olaraq 95-dən yuxarı qalxıb.

Ekspertlər rublun ucuzlaşmasında idxalın artması ilə yanaşı, yay mövsümündə Rusiya vətəndaşlarının tətil üçün xarici valyutaya tələbatının artmasının da təsirli olduğunu vurğulayırlar.

Rusiya Maliyyə Nazirliyi avqustun 3-də verdiyi açıqlamada 2022-ci ilin yanvarından bəri ilk dəfə olaraq daxili bazarda valyuta alışını bərpa edəcəyini açıqlayıb.