logo

Gürcüstanda bank qarət olunub

17:11 09-08-2023 | icon 5579
Gürcüstanda bank qarət olunub

Avqustun 9-da gecə saatlarında Gürcüstanda “Lebriti Bank”ın paytaxt Tbilisinin Qldani rayonu ərazisindəki filialı qarət olunub. Naməlum şəxsin nə qədər pul apardığı açıqlanmır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, polis hadisədən bir neçə saat sonra isti izlərlə oğrunu yaxalayıb.

Oğurluqda təqsirləndirilən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.