logo

Əfqanıstanda 10 yaşdan yuxarı qızların məktəbə getməsi qadağan edilib

13:07 07-08-2023 | icon 5432
Əfqanıstanda 10 yaşdan yuxarı qızların məktəbə getməsi qadağan edilib

Taliban hökuməti Əfqanıstanın bəzi əyalətlərində 10 yaşdan yuxarı qızların məktəbə getməsini qadağan edib.

YeniAvropa  "BBC"yə istinadla xəbər verir ki, ölkənin təhsil nazirliyinin rəsmiləri tərəfindən Qəzni vilayətindəki məktəblərin direktorlarına 10 yaşından yuxarı qızların təhsil almasına icazə verilmədiyi barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, 2021-ci ildə Əfqanıstanda baş verən hadisələrdən və ölkədən ABŞ qüvvələrinin çıxarılmasından qısa müddət sonra qızların orta təhsil alması qadağan edilib. Taliban hökuməti bu ölkədə ancaq oğlanların təhsil almasını məqbul sayıb.

Ötən ilin dekabr ayından qızların kollec və universitetdə təhsil alması da qadağan edilib və bu da minlərlə vətəndaşın universitet təhsilini yarımçıq qoyması ilə nəticələnib.

Qadınlara ictimai həyatın bütün sahələrində qadağa qoyan mövcud rejim onların media azadlıqlarını da məhdudlaşdırıb, yerli və qeyri-hökumət təşkilatlarında işləməsinə qarşı çıxıb. Qadağa Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarına da şamil edilib.

BMT ötən ay Taliban hakimiyyətinə Əfqanıstanda qadın və qızlara, o cümlədən onların təhsili və məşğulluğuna qoyulan məhdudiyyətləri artırdığı üçün iradlarını bildirib.