Rusiyanın Soçi şəhərində “Utair” hava şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi hava limanına enmə zamanı alışıb.
YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki, Moskvadan Soçiyə uçan “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 6 nəfər xəsarət alıb, 160 nəfər təxliyə edilib.
Alov söndürülüb. Hadisə zamanı təyyarənin ön hissəsi zərər çəkib.