logo

Putin avqustun sonunda Türkiyəyə səfər edəcək

09:09 07-08-2023 | icon 9618
Putin avqustun sonunda Türkiyəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun son həftəsində gözlənilir.

 YeniAvropa xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Xəbərdə bildirilir ki, Rusiya və Türkiyə prezidentlərinin görüşünün gündəliyinə taxıl sazişinin bərpası, ikitərəfli əlaqələr, Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, həmçinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması daxildir.

Xatırladaq ki, avqustun 2-də Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub və onlar mümkün görüşün hazırlanması barədə razılığa gəliblər.

Bir neçə gün əvvəl Rəcəb Tayyib Ərdoğan jurnalistlərə Putinin Türkiyəyə səfərinin avqustda baş tutacağını deyib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib və diplomatik kanallarla razılaşdırılacaq.