logo

Yaponiya atom bombası qurbanlarının xatirəsini yad edir

09:09 06-08-2023 | icon 2478
Yaponiya atom bombası qurbanlarının xatirəsini yad edir

Yaponiya sakinləri 78 il əvvəl ABŞ tərəfindən Xirosimaya atılan atom bombası nəticəsində həlak olanların xatirəsi yad edirlər.

YeniAvropa xəbər verir ki,  faciənin ildönümü ilə bağlı əsas anım mərasimi Xirosimanın mərkəzindəki Sülh Memorial Parkında keçirilir.

Yerli vaxtla saat 08:15-də - 1945-ci il avqustun 6-da partlayış baş verən zaman bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib.

Ənənəyə görə, sükut dəqiqəsi zəngin vurulması ilə başlayıb. SDaha sonra Yaponiyanın baş naziri Fumio Kişidanın çıxış edib. 

Xatırladaq ki, ikinci Dünya Müharibəsinə son qoyan bu hücum şəhəri demək olar ki, tamamilə viran qoydu.Belə ki, 1945-ci ilin avqust ayının 6-da Amerikanın Hiroşimaya atom bombası atması 14 min insanın ölümünə səbəb olub. Üç gün sonra Naqasakiyə atılan daha bir bomba 70 min insanın həyatına son qoyub.

ABŞ rəhbərliyi bu hücumu müharibənin sonunu tezləşdirmək və əsas Yaponiya torpaqlarında çox sayda insan itkisinə səbəb ola biləcək quru əməliyyatlarınının qarşısını almaq niyyəti ilə əsaslandırmışdı.