Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bu il oktyabrın 28-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.
YeniAvropa xəbər verir ki, G.Marqvelaşvili avqustun 31-də bu barədə qərarını açıqlayaraq deyib: “Mən bu seçkilərdə iştirak etməyəcəm. Lakin gələcəkdə də ölkəmə xidmət edəcəyəm”.
Qeyd edək ki, G.Marqvelaşvili 2013-cü ilin oktyabrında Gürcüstan prezidenti seçilib.