logo

Kanadanın baş naziri 18 illik nikahdan sonra boşanır

14:34 03-08-2023 | icon 2072
Kanadanın baş naziri 18 illik nikahdan sonra boşanır

Kanadanın baş naziri 51 yaşlı Castin Trüdo və həyat yoldaşı 48 yaşlı Sofi 18 il davam edən nikahdan sonra ayrılmaq qərarına gəliblər.

YeniAvropa "BBC News" telekanalına istinadla xəbər verir ki, rəsmi bəyanata əsasən, onlar boşansalar da, cəmiyyət qarşısına birlikdə çıxacaqlar.

Castin Trüdo Sofi ilə 2003-cü ildə onun televiziya aparıcısı işlədiyi vaxt tanış olub və iki il sonra evlənib. Onların üç övladı var - 15 yaşlı Ksavyer, 14 yaşlı Ella-Qreys və 9 yaşlı Hadriena.

Mart ayında Kanadada ABŞ Prezidenti Cozef Baydeni qəbul edən və may ayında Böyük Britaniyada Kral III Çarlzın tacqoyma mərasiminə qatılan Castin və Sofi son illər ictimaiyyət qarşısına nadir hallarda birlikdə çıxırlar.

Castin vəzifədə olarkən boşanan ikinci baş nazir kimi Kanada tarixinə düşüb. Onun atası, iki dəfə baş nazir olmuş Pyer Elliot Trüdo 1977-ci ildə altı illik nikahdan sonra həyat yoldaşı Marqaretdən ayrılmışdı.