logo

Şəmkirdə "Jiquli" "Mercedes"lə toqquşub: 2 nəfər ölüb

17:57 02-08-2023 | icon 7546
Şəmkirdə "Jiquli" "Mercedes"lə toqquşub: 2 nəfər ölüb

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində "VAZ-2106" və "Mercedes" markalı avtomobillər toqquşublar. 

YeniAvropa xəbər verir ki,qəza nəticəsində  "VAZ-2106"də olan Tovuz rayon sakinləri 1961-ci il təvəllüdlü Bədirov Fəxrəddin Rəşid oğlu ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.Onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Bədirova Cəmilə Mirzə qızı isə hadisə yerində ölüb.

Avtoqəzada daha bir nəfər- "Mercedes" markalı avtomobilin sürücüsü, Tovuz rayon Xatınlı kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Ağarzayev də həyatını itirib. Onun hərbçi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.