logo

Ərdoğan Putinə zəng etdi

14:28 02-08-2023 | icon 2226
Ərdoğan Putinə zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Telefon söhbəti zamanı R.T.Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə təyyarəsi göndərdiyinə görə V.Putinə təşəkkür edib.

O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, bu il birgə səylər nəticəsində turizmdə rekordu qıracaqlarına inandığını dilə gətirib.

R.T.Ərdoğan Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu söyləyib. O, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

İki ölkə liderləri  həmçinin, Ukraynadakı müharibə,  “Taxıl sazişi”nin perspektivini də müzakirə ediblər.