logo

Ukraynada Rusiyaya qarşı müharibədə 5 min qadın döyüşür

13:53 02-08-2023 | icon 2009
Ukraynada Rusiyaya qarşı müharibədə 5 min qadın döyüşür

Rusiya işğalına qarşı müharibədə döyüşmək üçün Ukrayna ordusu sıralarına qatılan qadınların sayı günbəgün artır.

YeniAvropa  “BBC News”a istinadən xəbər verir ki, hazırda Ukrayna ordusunda xidmət edən 60 min qadın hərbçidən 5 mini cəbhədə döyüşür.

Müharibəyə könüllü qatılan qadınlardan biri də yaxın zamanda yenidən cəbhə xəttinə qayıtmağa hazırlaşan Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı serjantı Andriana Arekhtadır.

Hazırda Ukraynadakı reabilitasiya mərkəzində olan döyüşçü dekabr ayında Xerson vilayətində minaya düşüb.

Dediyinə görə, bu gün rus dilində çoxsaylı mətn və videoreportajlarda onun “ölümü” detallarla qeyd edilir.

A.Arekhtanın sözlərinə görə, onun əlsiz və ayaqsız olduğu, ruslar tərəfindən öldürüldüyü yönündə xəbərlər yayılıb:

“Onlar mənim əlsiz və ayaqsız olduğumu və onlar tərəfindən öldürüldüyümü elan etdilər. Təbliğat sahəsində çox peşəkardırlar”.

Rusiyanın hazırladığı hesabatlarda “cəllad” və “məhv edilmiş nasist” kimi təsvir edilən hərbçi xanım bu kimi iddiaların onda gülüş doğurduğu və ölkəsini sonadək qoruyacağını vurğulayıb.