logo

Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

12:45 01-08-2023 | icon 11746
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

İyulun 24-dən 30-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 17 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, ötən həftə analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 832 min 21 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 714 nəfər müalicə olunaraq sağalıb, 10 min 290 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 624, bu günə qədər isə ümumilikdə 7 milyon 661 min 376 test icra olunub