logo

Cəlilabadda avtomobilin vurduğu piyada dünyasını dəyişib

22:33 31-07-2023 | icon 7588
Cəlilabadda avtomobilin vurduğu piyada dünyasını dəyişib

Cəlilabad rayonunda avtomobilin vuraraq komaya saldığı piyada vəfat edib.

YeniAvropa xəbər verir ki, 1985-ci il təvəllüdlü Mirayət Abıyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə bu gün gecə saatlarında rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. O, koma vəziyyətində xəstəxanaya aparılıb və süni tənəffüs aparatına qoşulmuşdu.

Faktla bağlı araşdırmalar davam etdirilir.