logo

Putin Ərdoğana zəng edəcək

15:55 31-07-2023 | icon 1813
Putin Ərdoğana zəng edəcək

Avqustun 2-də Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov KİV-ə açıqlamasında məlumat verib.

Dmitri Peskov telefon danışığının mövzusu, eləcə də digər təfərrüatları açıqlamayıb.

O, həmçinin Vladimir Putinin Türkiyəyə gözlənilən səfərinin tarixi barədə də dəqiq məlumat bildirməyib.