logo

Türkiyə və İtaliya “EURO-2032”ə birgə ev sahibliyi etmək istəyir

15:35 28-07-2023 | icon 1897
Türkiyə və İtaliya “EURO-2032”ə birgə ev sahibliyi etmək istəyir

Türkiyə və İtaliya futbol federasiyaları 2032-ci il Avropa futbol çempionatının birgə təşkili üçün UEFA-ya müraciət edəcək.

YeniAvropa  "TRT Haber" telekanalına istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) internet saytında yer alan açıqlamaya görə, bu barədə qərar italiyalı həmkarları ilə apardıqları müzakirə və dəyərləndirmədən sonra qəbul olunub.

TFF-nin bəyanatında birgə təşkil edilən 2008, 2012 və 2020-ci il Avropa və 2022-ci il dünya çempionatlarının uğurla keçdiyi vurğulanıb.

Federasiyanın prezidenti Mehmet Büyükekşi ortaq namizədlik müraciətini belə şərh edib: “Bu gün həm Türkiyə, həm də Avropa futbolu üçün əhəmiyyətli bir qərar verdik. İtaliya Futbol Federasiyası ilə ortaqlığımız Avropa futbolunda dostluq və əməkdaşlıq dəyərlərini əks etdirir. İnanıram ki, bu ortaqlıq oxşar mədəniyyətin və köklü tarixin bir parçası olan iki Aralıq dənizi ölkəsi arasında mövcud əməkdaşlığı gücləndirəcək və futbolumuzun gələcəyi üçün mühüm körpü quracaq”.