logo

ABŞ Vladimir Putin APEC sammitinə dəvət etməyəcək

11:44 28-07-2023 | icon 2674
ABŞ Vladimir Putin APEC sammitinə dəvət etməyəcək

ABŞ hakimiyyəti Rusiya Prezidenti Vladimir Putini Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransisko şəhərində (Kaliforniya ştatı) keçiriləcək sammitinə dəvət etmək niyyətində deyil.

YeniAvropa xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb. 2022-ci ildə sanksiyaya məruz qalan Rusiya Prezidentinin Birləşmiş Ştatlara girişi ümumiyyətlə qadağan olunub və onun sammitdə iştirakı üçün xüsusi icazə lazımdır.

Qəzetin yazdığına görə, Ağ Ev Honkonq administrasiyasının rəhbəri Con Lini də sammitə buraxmamağı qərara alıb. Vaşinqton əvvəllər ona və bəzi digər Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

APEC sammiti noyabrda San-Fransiskoda keçiriləcək. Foruma 19 ölkə və 2 ərazi vahidi daxildir.