logo

Paytaxtda 19 mərtəbəli binada yanğın olub

13:53 27-07-2023 | icon 7714
Paytaxtda 19 mərtəbəli binada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsindəki çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının on doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən üçotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyənləşdirilib.

Xüsusi təyinatlı texnikaların, o cümlədən avto nərdivanın operativ tətbiqi ilə yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənərək mənzilin digər otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin mənzildəki vətəndaşların təxliyəsi həyata keçirilib.

Yanğın nəticəsində ümumi sahəsi 112 kvadratmetr olan mənzildə mətbəx mebeli yanıb. Yüksək temperaturdan mətbəx avadanlıqları və onun qapı-pəncərəsi deformasiya məruz qalıb. Mənzilin böyük hissəsi alovdan mühafizə edilib. Hadisə zamanı 8 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.