logo

“Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb

11:44 27-07-2023 | icon 2072
“Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb

“Sabah” futbol klubu ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb.

YeniAvropa xəbər verir ki, Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-ni səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

“Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub.

Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,750-yə çatıb.

“Qarabağ” isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğundan (2:3) xal qazandıra bilməyib.

Son beş mövsümdəki ümumi xallarının sayı 15,000-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

Bir addım irəlidə olan Sloveniya 16,000 reytinq xalına malikdir.

Baş tutan qarşılaşmalar Yunanıstan, Finlandiya, Latviya, Malta və Şimali İrlandiyanın irəliləməsinə, İsveç, İrlandiya, Lixtenşteyn, Ermənistan, Lüksemburq, Monteneqro və Andorranın isə geriləməsinə səbəb olub.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.