logo

UEFA Konfrans Liqası: “Sabah” II təsnifat mərhələsində ilk oyununa çıxır

12:12 26-07-2023 | icon 1967
UEFA Konfrans Liqası: “Sabah” II təsnifat mərhələsində ilk oyununa çıxır

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək.

YeniAvropa xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Sabah” da ilk oyununu keçirəcək.

Murad Musayevin baş məşqçisi olduğu kollektiv Latviyada RFŞ-lə üz-üzə gələcək. Bu, paytaxt təmsilçisinin avrokuboklarda debüt oyunu olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra “Bank Respublika Arena”da təşkil olunacaq.