logo

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

19:15 25-07-2023 | icon 2723
ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

ABŞ Müdafiə Nazirliyi ölkənin Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb.

YeniAvropa xəbər verir ki,  bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında bildirilib.

Hərbi yardım paketinə hava hücumundan müdafiə, artilleriya və döyüş sursatları, zirehli maşınlar, tank əleyhinə silahlar və digər avadanlıqlar daxildir.