logo

Ümumdünya Yay Universiadasında Azərbaycan bayrağı qaldırılıb

16:56 25-07-2023 | icon 1974
Ümumdünya Yay Universiadasında Azərbaycan bayrağı qaldırılıb

Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki,  mərasimdən sonra Atletlər kəndində Azərbaycanın şərəfinə ağac əkilib.

XXXl Ümumdünya Yay Universiadasının açılış mərasimi iyulun 28-də keçiriləcək. Açılış mərasimində Azərbaycan bayrağını cüdoçumuz Gültac Məmmədəliyeva və atletimiz Nazim Babayev daşıyacaqlar.

Azərbaycan yarışda 16 idman növündə ümumilikdə 87 idmançı ilə təmsil olunacaq.