logo

Yunanıstanda yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb

16:14 25-07-2023 | icon 2534
Yunanıstanda yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb

Rodos və Korfu adaları ilə yanaşı, Yunanıstanın cənubunda yerləşən Karistosda da meşə yanğınları ilə mübarizə davam edir.

YeniAvropa xəbər verir ki, yunan mətbuatında yayılan məlumata görə, bölgədə yanğınsöndürmə işlərinə cəlb edilən təyyarə qəzaya uğrayıb. Radarlardan itən təyyarənin yerə çırpıldığı məlum olub. Şahidlər güclü partlayış səsi eşitdiklərini bildiriblər.

Polislər və xilasedicilər hadisə yerinə çatmağa çalışırlar. Yunanıstana məxsus təyyarədə iki pilotun olduğu bildirilir. Pilotlarla əlaqə saxlamaq hələlik mümkün olmayıb.

Xatırladaq ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis parlamentdə çıxışı zamanı ölkənin təbiət yanğınları ilə müharibə vəziyyətində olduğunu vurğulayıb. Avropa İttifaqının bəzi ölkələri və Türkiyə yanğınlarla mübarizədə Yunanıstana yardım edirlər.