logo

"Qarabağ" - "Rakuv" oyununun biletləri satışa çıxarılıb

14:54 25-07-2023 | icon 1869
"Qarabağ" - "Rakuv" oyununun biletləri satışa çıxarılıb

Bakıda "Qarabağ" və Polşanın "Rakuv" komandaları arası keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

YeniAvropa xəbər verir ki, qiymətlər müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.

Azarkeşlər biletləri "Iticket.az"ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) və klubun "Park Bulvar"dakı fan-şopundan əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Polşadakı ilk görüş iyulun 26-da olacaq.