logo

İsrailin baş nazirinin Türkiyə səfəri təxirə salınıb

16:26 23-07-2023 | icon 2345
İsrailin baş nazirinin Türkiyə səfəri təxirə salınıb

İsrailin baş naziri Benyamin Netanyahu səhhəti ilə əlaqədar Türkiyə və Kiprə planlaşdırılan səfərlərini təxirə salmağa məcbur olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Netanyahunun sözçüsü Topaz Luk bu məlumatı təsdiqləyib.

“Baş nazirin nəzarət altında qalması tələb olunur, bu, belə tibbi müdaxilədən sonra standart prosedurdur”, - deyə Topaz Luk bildirib. Onun sözlərinə görə, hazırda Baş nazirin ofisi səfərlərin sentyabr ayına keçirilməsi ilə bağlı danışıqlar aparır.

Səfərlərin təxirə salınması ötən gecə Benyamin Netanyahya kardiostimulyator qoyulması əməliyyatı ilə bağlıdır və o, bir neçə həftə mütəxəssislərin nəzarəti altında olmalıdır.

İsrail baş nazirinin Kiprə səfəri iyulun 27-nə, Türkiyəyə səfəri isə iyulun 28-nə planlaşdırılmışdı.