logo

ABŞ-da lotereya bileti ilə 1 milyard dollar cekpot udulub

10:40 20-07-2023 | icon 3101
ABŞ-da lotereya bileti ilə 1 milyard dollar cekpot udulub

ABŞ-ın “Powerball” lotereyasının iştirakçısı 1,08 milyard dollarlıq cekpot qazanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə lotereyanın rəsmi saytında məlumat verilib.

Məlumata görə, qalib mükafatın bütün dəyərini illik 30 ödənişə bölə və ya 516,8 milyon dollar məbləğində birdəfəlik ödəniş ala bilər.

Qalibin adı açıqlanmayıb. Bununla belə, uduşlu bilet Kaliforniyada alınıb.

Bu mükafat “Powerball” lotereyasının mövcud olduğu dövrdə üçüncü ən böyük mükafatdır. Rekord uduş 2,04 milyard dollar olub.