logo

Ərdoğan “taxıl sazişinin” uzadılacağına ümid edir

19:58 14-07-2023 | icon 2163
Ərdoğan “taxıl sazişinin” uzadılacağına ümid edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz “taxıl təşəbbüsünün” uzadılacağına ümid bəsləyir.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan təşəbbüsün uzadılmasına dair məsələdə Türkiyə və Rusiyanın ümumi mövqelərə riayət etdiyini xatırladıb. O, həmçinin Rusiya lideri Vladimir Putinin avqust ayında Ankaraya səfər edəcəyini gözlədiyini bildirib.

2022-ci il iyulun 22-də İstanbulda Ukrayna kənd təsərrüfatı məhsullarının beynəlxalq bazara çatdırılması üzrə sənədlər paketi imzalanıb. Razılaşma ilkin olaraq 120 gün müddətinə nəzərdə tutulsa da, sonradan bir neçə dəfə uzadılıb. Rusiya rəhbərliyi dəfələrlə bildirib ki, İstanbul müqaviləsində nəzərdə tutulan Moskvaya aid paketin işə düşməyəcəyi təqdirdə taxıl sazişinin uzadılmasına razılıq verməyəcək.

Xatırladaq ki, sənədin qüvvədə olma müddəti bir neçə gündən sonra, iyulun 17-də başa çatır.