logo

Lavrov qıcıqlansa da, "F-16"ları əldə edəcəyik-Kuleba

12:45 13-07-2023 | icon 1617
Lavrov qıcıqlansa da, "F-16"ları əldə edəcəyik-Kuleba

“Biz bütün hallarda "F-16" qırıcı təyyarələrini əldə edəcəyik”.

 YeniAvropa xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba özünün "Twitter" hesabında yazıb.

O bildirib ki, Rusiya Ukrayna əsgərlərindən qorxur: “Rusiya xarici işlər naziri Sergey Lavrov qıcıqlansa da, bununla barışacaq”.

Qeyd edək ki, S.Lavrov Ukraynada nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktının Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcəyini bildirmişdi.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dünən, iyulun 12-də "F-16"ların 2024-cü ilin mart ayına kimi tədarük ediləcəyini söyləmişdi.