logo

Vilnüsdə NATO-nun sammiti başlayıb

13:53 11-07-2023 | icon 1428
Vilnüsdə NATO-nun sammiti başlayıb

Litvanın paytaxtı Vilnüs şəhərində NATO-nun sammiti öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, NATO dövlətlərinin liderləri Şimali Atlantika Alyansının qarşısında duran ən aktual vəzifələri həll etmək üçün bir araya gəlib.

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, bu sammit müzakirə olunacaq bir çox məsələlərlə bağlı tarixi toplantıdır. Bura İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər daxildir.

“Sammitdə Ukraynaya gələcək dəstək barədə də qərarlar qəbul ediləcək, biz Kiyevə əlavə hərbi dəstək göstərməyi öhdəmizə götürürük”, - sammiti giriş sözü ilə açan Y.Stoltenberq deyib.