logo

NATO Rusiya ilə müharibəyə dair hərəkət planı hazırlayıb

09:44 11-07-2023 | icon 1337
NATO Rusiya ilə müharibəyə dair hərəkət planı hazırlayıb

Şimali Atlantika Təşkilatı(NATO) Rusiyanın alyans ölkələrindən birinə hücum edəcəyi təqdirdə, müdafiə planı ilə bağlı razılığa gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə  “Reuters” məlumat yayıb.

NATO onilliklər ərzində hücum zamanı fövqəladə vəziyyət planı hazırlamağa ehtiyac görmürdü, lakin indi alyansın sərhədlərində, Ukraynada İkinci Dünya müharibəsindən bəri Avropada ən qanlı müharibəsi gedir. NATO ölkələri belə qənaətə gəliblər ki, Rusiya ilə mümkün qarşıdurmaya hərbi əməliyyatlar başlamazdan xeyli əvvəl hazırlaşmaq lazımdır.

NATO-nun Baş katibi Yens Stoltenberq daha əvvəl sənədlərin hazırlanmasını şərh edərkən bildirib ki, müttəfiqlər hansı qüvvə və imkanlara ehtiyac olduğunu, harada, nəyi və necə yerləşdiriləcəyini dəqiq biləcəklər.

“The New York Times” xəbər verir ki, həmçinin NATO ölkələri Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu dörd dəfə artırmağa hazırlaşır. Nəşrin məlumatına görə, alyans Şərq cinahının 8 ölkəsindəki qüvvələrin sayını təxminən 40 min nəfərə çatdıracaq.

Daha əvvəl Kanadada onlar Latviyadakı hərbçilərinin sayını iki dəfə artıracaqlarını açıqlamışdılar.