logo

Zelenski NATO sammitində iştirak edəcək- Yens Stoltenberq

16:36 10-07-2023 | icon 1288
Zelenski NATO sammitində iştirak edəcək- Yens Stoltenberq

NATO baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenskinin Alyansın Vilnüsdə keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.

YeniAvropa xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Litva prezidenti Gitanas Nauseda ilə birgə keçirdiyi mətbaut konfransında deyib.

Y.Stoltenberq söyləyib ki, V.Zelenski Ukrayna-NATO Şurasının açılışında iştirak edəcək: “Biz siyasi əlaqələrimizi daha da gücləndirəcəyik”.

Stoltenberqin sözlərinə görə, sabah müttəfiqlər Ukraynanın NATO-ya üzvlük yolunu da müzakirə edəcəklər.

Qeyd edək ki, iclas iyulun 11-12 -də keçiriləcək.