logo

Ukraynada "Bayraktar" PUA istehsalı zavodun tikintisinə başlanılıb

13:13 10-07-2023 | icon 1120
Ukraynada "Bayraktar" PUA istehsalı zavodun tikintisinə başlanılıb

Ukraynada Türkiyənin "Baykar" şirkəti tərəfindən "Bayraktar" pilotsuz təyyarələrinin istehsalı zavodunun tikintisinə başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Oleksandr Kamışin milli telemarafonun efirində bildirib.

“Bir neçə ildir Ukraynada müzakirə olunan “Bayraktar” zavodundan danışsaq, bu zavodda artıq tikinti işlərinə başlanılıb. Söhbət Ukraynada istehsaldan gedir”, - deyə O.Kamışin əlavə edib.

Nazir zavodun tikintisi ilə bağlı real addımlara keçirildiyini vurğulayıb.

Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar 2022-ci ilin avqustunda demişdi ki, “Bayraktar” PUA-sının istehsalı üçün zavodun tikintisi bir neçə ay çəkəcək və müəssisə 2023-cü ildə işə başlaya biləcək. Lakin sonradan səfir hər