logo

Zelenski Bolqarıstana rəsmi səfərə gedib

14:14 06-07-2023 | icon 1575
Zelenski Bolqarıstana rəsmi səfərə gedib

Bu gün Ukrayna prezidenti Volodimir Zelenskinin Bolqarıstana rəsmi səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin yaydığı məlumata görə, Volodimir Zelenski Bolqarıstanın baş nazir Nikolay Denkovla ətraflı danışıqlar aparacaq, prezident Rumen Radevlə, həmçinin digər rəsmi şəxslər, parlamentarilərlə, siyasətçilərlə və jurnalistlərlə görüşəcək.

Görüşlərdə Kiyevə müdafiə dəstəyi, Ukraynanın Avro-Atlantik məkanına inteqrasiyası, NATO sammiti, təhlükəsizlik təminatları və sülh formulunun həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.