logo

Rusiya Ukraynaı müharibəsinə quru qoşunlarının 90 %-ni cəlb edib

16:56 03-07-2023 | icon 2219
Rusiya Ukraynaı müharibəsinə quru qoşunlarının 90 %-ni cəlb edib

Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının demək olar ki, 90%-ni cəlb edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Kreml səfərbərliklə itkiləri bərpa etməyə çalışır: “Əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya hələ də aviasiya, donanma resurslarına, nüvə silahına malikdir”.

R.Bauer qeyd edib ki, Rusiya NATO ilə birbaşa həmsərhəd olan ərazilərdə diqqətli hərəkət edir:“Onlar bizimlə toqquşmaq istəmirlər”.

Admiral söyləyib ki, son 24 saat ərzində Rusiyanın 34 hərbi texnikası sıradan çıxarılıb”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb