logo

Polşa “Vaqner”ə görə Belarusla sərhədini gücləndirir

15:45 03-07-2023 | icon 1687
Polşa “Vaqner”ə görə Belarusla sərhədini gücləndirir

Polşa Belarusla sərhədin mühafizəsini gücləndirməyə başlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  Polşa radiosu daxili işlər nazirinin müavini Blajey Pobojiyə istinadla məlumat yayıb.

“Polis və terror əleyhinə bölmələrin 500 əməkdaşı iyulun 3-4-də Belarusla sərhədin mühafizəsinə yollanacaq. Eyni zamanda, sərhəd xidmətinə aid iki hərbi hissənin 5 min nəfərlik şəxsi heyəti yüksək hazırlıq vəziyyətinə gətirilib, onlara 2 min hərbçi də qoşulub”, - deyə B.Poboji bildirib.

Onun sözlərinə görə, bu qərar “Vaqner” qrupunun Belarus ərazisinə yerləşdirilməsi ilə bağlı verilib.

Xatırladaq ki, ğtən il Polşa inşaatçıları Belarusla sərhəddə 187 kilometr uzunluğunda divar tikiblər.Divarın hündürlüyü 5,5 metr təşkil edir.