logo

Rusiya Ukrayna müharibəsində 230 mindən çox hərbçi itirib

09:59 03-07-2023 | icon 3962
Rusiya Ukrayna müharibəsində 230 mindən çox hərbçi itirib

Ukraynada müharibə başlayandan indiyədək məhv edilən Rusiya hərbçilərinin sayı 230 mini ötüb.

 YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiyanın 600 döyüşçüsü zərərsizləşdirilib. Bununla da məhv edilən rusiyalı hərbçilərin sayı 230 260-a çatıb.

Ötən sutkada Rusiya İran istehsalı olan 17 “Shahed” pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum edib. Ukrayna ordusu onlardan 13-nü vurub.

Ümumilikdə Rusiyanın digər döyüş itkiləri 4 057 tank, 7 899 zirehli maşın, 3 573 operativ-taktiki PUA, 4 220 artilleriya sistemi, 391 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 308 helikopter, 6 834 avtomobil və tanker, 590 xüsusi texnikadan ibarətdir.