logo

Roma Papası İsveçdə “Quran”ın yandırılmasını qınayıb

09:29 03-07-2023 | icon 1365
Roma Papası İsveçdə “Quran”ın yandırılmasını qınayıb

Roma Papası Fransisk Stokholmda “Quran”ın yandırılmasından hiddətləndiyini və belə hərəkətlərə nifrət etdiyini bildirib.

 YeniAvropa xəbər verir ki, Roma Papası bu barədə “Al Ittihad” qəzetinə müsahibəsi zamanı söyləyib. O deyib: “Mən hiddətlənirəm, mən bu cür hərəkətlərə nifrət edirəm. Xalqın müqəddəs hesab etdiyi istənilən kitaba dindarlara hörmət baxımından ehtiramla yanaşmaq lazımdır. Söz azadlığından heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə olunmamalıdır”.