logo

Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxub

17:17 23-06-2023 | icon 5082
Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 831 min 929 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 608 nəfər müalicə olunaraq sağalıb, 10 min 282 nəfər vəfat edib. Aktiv xəstə sayı 39 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 791, bu günə qədər isə ümumilikdə 7 milyon 640 min 803 test icra olunub.