logo

Bu gün 75 doza vaksin vurulub

22:44 22-06-2023 | icon 4599
Bu gün 75 doza vaksin vurulub

İyunun 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 75 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 39, ikinci doza vaksinlərin sayı 6, üç və daha çox doza vaksinlərin sayı 29, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 691, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 973, ikinci mərhələ üzrə 4 milyon 884 min 49, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 394, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 275-dir.