logo

Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxub

22:22 22-06-2023 | icon 4613
Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 831 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 603 nəfər müalicə olunaraq sağalıb, 10 min 282 nəfər vəfat edib. Aktiv xəstə sayı 33 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 649, bu günə qədər isə ümumilikdə 7 milyon 640 min 12 test icra olunub.