İnvestorların Qarabağın bərpasında iştiraka marağı böyükdür
İnvestorların Qarabağın bərpasında iştiraka marağı böyükdür.
YeniAvropa xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Reporta" müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik::
- Xarici investorların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakda marağı necədir?
- Bugünədək 1 500-ə yaxın investor Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib, onların arasında xarici investorlar da var. Lakin azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi hamıya icazə verməyə imkan vermir. Amma 100-ə yaxın sahibkar artıq fəaliyyətə başlayıb.
Ümumiyyətlə, maraq böyükdür. Lakin ərazilər minalardan təmizləndikdən sonra əhali ilk növbədə öz doğma yurdlarına qaytarılmalıdır ki, onlar yaradılan istehsal sahələrində işləyə bilsinlər. Bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Qeyd etmək lazımdır ki, işlər çox yüksək templə aparılır və bunu Prezident İlham Əliyevin kəndlərin, istehsal və xidmət müəssisələrinin təməlinin qoyulduğu Laçına sonuncu səfəri də təsdiqləyir.
Son üç ildə Qarabağın infrastrukturunun bərpasına 6,5 milyard manatdan çox büdcə vəsaiti yönəldilib. Bu il Qarabağda və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsinə xərclər daha 2,26 milyard manat (daha əvvəl 3 milyard manat nəzərdə tutulmuşdu – red.) artırılıb.
Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət üçün həm yerli, həm də xarici investorlar 10 il müddətinə bütün vergilərdən azad edilir. Bu, böyük üstünlükdür.
- Ölkədə yaradılan sənaye parkların fəaliyyəti nə dərəcədə səmərəlidir?
- Sənaye parkları, aqroparklar – bunlar Azərbaycanın gələcəyidir. Aqroparklarımızda bir hektarda istehsal olunan məhsulların həcmi digər təsərrüfatlara nisbətən təxminən 2 dəfə çoxdur.
- Hazırda Vergi Məcəlləsinə 2024-cü ildən qüvvəyə minəcək dəyişikliklər hazırlanır. Əvvəlki illərdə olduğu kimi, iş adamlarına ikiqat vergitutmadan azad olmağa imkan verəcək ƏDV dərəcələrinin diferensiallaşdırılması yenə müzakirə mövzusudurmu?
- Uzun illərdir ƏDV dərəcəsinin diferensiallaşdırılması ilə bağlı söhbətlər gedir, amma bu, çox ciddi məsələdir. İlkin zərurət malları - ərzaq, dərmanlar, uşaq qidaları və s. üçün əlavə dəyər vergisinin differensiallaşdırılması məsələsi müzakirə olunub.
Bu məsələ müzakirə olunur, lakin hələlik ortaq fikrə gələ bilməmişik və bununla bağlı razılaşdırılmış konkret rəy yoxdur.
- Ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində hansı vergi islahatları gözlənilir?
- Uzun illər nağdsız ödənişlərdən istifadənin vəziyyətindən danışılırdı, amma işlər ləng gedirdi. Maraqlıdır ki, pandemiya dövründə insanlar bu ödəniş növünə daha çox üstünlük verməyə başladılar. Sevindirici haldır ki, son illər nağdsız ödənişlərin həcmi davamlı olaraq artır. ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında qərar qəbul olunandan sonra vəziyyət yaxşıya doğru daha da dəyişdi. Belə ki, bu ildən başlayaraq nağdsız ödənişlər zamanı artıq ƏDV məbləğinin 15 % yox, 17,5 %-i geri qaytarılır. Nağd ödənişlər üçün isə bu göstərici 5 % (əvvəl 10 % idi) təşkil edir.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır