İranın Hərbi Hava Qüvvələrinin istifadəsinə tam yerli istehsal olan “Kövsər” qırıcı təyyarəsi verilib.
YeniAvropa xəbər verir ki, bu barədə İran Hərbi Sənaye Təşkilatının icraçı direktoru general Əbülkərim Bəni Torfinin məlumat verib. Onun sözlərinə görə, “Kövsər” hərbi qırıcı təyyarəsi tam milli istehsaldır və onun heç bir cihazı xaricdən alınmayıb. Bu təyyarə yüksək manevr imkanına malikdir və raketlə yanaşı, ağır bombalar da daşıya bilər. Təyyarənin mühərriki də yerli firmalar tərəfindən istehsal edilərək Hərbi Sənaye Təşkilatına verilib.
Təyyarənin təqdimat mərasimində iştirak edən Prezident Həsən Ruhani İranın hərbi sənayesinin gücləndiyini qeyd edərək diqqətə çatdırıb ki, İran bölgədə və dünyada sülhün bərqərar olmasına çalışır və yeni təyyarənin istifadəyə verilməsi müdafiə xarakteri daşıyır.