logo

Türkiyə ərazisində PKK-nın iki təhlükəli üzvü ələ keçirilib

11:36 26-08-2018 | icon 2562
Türkiyə ərazisində PKK-nın iki təhlükəli üzvü ələ keçirilib

İraqın şimalından qanunsuz yolla Türkiyəyə keçən iki PKK terrorçusu ölkənin Şırnak-Uludere rayonu ərazisində sağ ələ keçirilib.YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Ələ keçirilən “Mazlum Goyi” ləqəbli Mazlum Kaçan və “Kahraman” ləqəbli Lezgin Yararın üstündə odlu silah və icazəsiz daşınması qanunla qadağan edilən digər ləvazimatlar olub.

DİN-in yaydığı digər məlumatda isə bildirilir ki, ölkənin Bingöl, Ağrı və Tunceli bölgələrində həyata keçirilmiş antiterror əməliyyatlarında altı PKK terrorçusu zərərsizləşdirilib. Bildirilir ki, məhv edilən terrorçulardan ikisi Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olublar. Onlar “Poyraz Agir” ləqəbli Mehmet Şirin Özen və “Adil Havar” ləqəbli Aykut Özkurdür. Bu əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, ikisi yaralanıb.