İranın Kirmanşah vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi Kermanşah əyalətinin Baş Qərargahına istinadla məlumat yayıb. Məlumatda qeyd edilib ki, zəlzələ qurbanlarının sayı artmaqda davam edir. İlkin məlumata görə zəlzələ nəticəsində 2 nəfər ölüb, 232 nəfər xəsarət alıb.
Qeyd edək ki, daha əvvəl zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 58 nəfərin yaralandığı xəbər verilmişdi.
Zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yeraltı təkanlar İraqın paytaxtı Bağdadda da hiss olunub.