logo

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

10:10 08-06-2023 | icon 1358
Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

İyunun 7-də saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon Prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, ilkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun rayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Fakta görə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Əbil Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam etdirilir.