logo

Sabirabad, Goranboy və Qəbələyə yeni polis rəisləri təyin edilib

15:30 06-06-2023 | icon 1078
Sabirabad, Goranboy və Qəbələyə yeni polis rəisləri təyin edilib

Sabirabad, Goranboy və Qəbələ rayonlarının polis rəisləri dəyişdirilib.

YeniAvropa xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki R.Qədirov tutduğu vəzifədən azad edilərək Sabirabad rayon Polis Şöbəsinin rəisi, Hacıqabul rayon Polis Şöbəsinin rəisi, polis polkovniki M.Hüseynov vəzifəsindən azad edilərək Goranboy rayon Polis Şöbəsinin rəisi, Ağsu rayon Polis Şöbəsinin rəisi, polis polkovniki F.Abbasov vəzifəsindən azad edilərək Qəbələ rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.