logo

Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq

12:12 02-06-2023 | icon 2814
Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq

Azərbaycan komandası avqustun 5-21-də Niderlandın Rotterdam şəhərində keçiriləcək Avropa Paralimpiya Oyunlarında iştirak edəcək.

 YeniAvropa xəbər verir ki,Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə nümayəndə heyətinin missiya rəhbəri idman şöbəsinin aparıcı mütəxəssisi Leyli Aslanova təyin olunub.

“Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışlarda ölkəmiz ümumilikdə 45 idmançı ilə təmsil olunacaq. İdmançılar cüdo, boccia, qolbol, kamandan oxatma, güllə atıcılığı, taekvondo və badminton növlərində öz güclərini sınayacaqlar.

Qeyd edək ki, L.Aslanova “Tokio-2020” Yay Paralimpiya Oyunlarında nümayəndə heyətinin missiya rəhbərinin müavini vəzifəsində çalışıb.